İsti hava can aldı

İsti hava can aldı

 Pakistanın Kəraçi şəhərində istilər insan ölümünə səbəb olub.  

Son 24 saat ərzində həddindən artıq isti hava nəticəsində 14 nəfər ölüb.

"Cebhe.info" xəbər verir ki, Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərir. Kəraçidə termometrlər  76 faiz rütubətlə 45 dərəcəni keçib.

Həddindən artıq istilər səbəbindən şəhərdə yaşları 25-45 arasında olan 14 nəfər ölüb.

Son 60 ilin ən rütubətli dövründən sonra Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəyə yüksəlib. Meteoroloji qurumlar insanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq ediblər.

Pakistan Meteorologiya Departamenti (PMD) bu gün Kəraçinin şimal-qərbindən əsəcəyi gözlənilən isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.

Nigar Hacılı 
"Cebhe.info