İtaliyada güclü partlayış: Ölənlər var

İtaliyada güclü partlayış: Ölənlər var

İtaliyanın Florensiya şəhəri yaxınlığında ENI enerji şirkətinə məxsus neft emalı zavodunda baş verən şiddətli partlayışda 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərlərdə Florensiya yaxınlığındakı Kalenzano qəsəbəsindəki ENI neft emalı zavodunda səhər saatlarında şiddətli partlayışın baş verdiyi bildirilib.

Bildirilib ki, partlayış Florensiya şəhər mərkəzi də daxil olmaqla ətraf yaşayış məntəqələrində hiss edilib və hadisə yerindən qara tüstü qalxıb.

Hadisə yerinə çoxlu yanğınsöndürmə maşını və təcili yardım göndərilərkən, Florensiyada başda Careggi başda olmaqla böyük xəstəxanaların sıx yaralı axını olması ehtimalına qarşı təcili müdaxilə vəziyyətinə gətirildiyi ifadə edildi.

Florensiya Qubernatorluğundan verilən açıqlamada neft emalı zavodunda baş verən partlayışda 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı, 4 nəfərdən isə xəbər alına bilmədiyi bildirilib. Qubernatorluq hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Bu arada bildirilib ki, səlahiyyətlilər ətraf qəsəbələrdə yaşayan insanları evlərinin pəncərələrini açmamağa çağırıb.

Qeyd edilib ki, partlayışdan sonra A1 şosesi təcili yardım maşınlarının daşınması üçün ikitərəfli hərəkətə dayandırılıb, partlayışın baş verdiyi neft emalı zavodunun yaxınlığından keçən dəmir yollarında isə Florensiya-Bolonya, Florensiya-Prato və Florensiya-Pistoya qatarları reysləri ehtiyat tədbiri olaraq bağlanıb. 

ENI-nin verdiyi açıqlamada Kalenzanodakı neft emalı zavodunda baş verən partlayışın yanacaq çənindəki yanğın nəticəsində baş verdiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"