İtaliyada güclü yağış həyatı iflic etdi

İtaliyada güclü yağış həyatı iflic etdi

İtaliyanın şimal bölgələrinə yağan güclü yağışlar daşqınlara səbəb olub.

"Cebhe.info" xəbər verir ki, İtaliyanın şimalında Lombardiya və Veneto bölgələrinə yağan güclü yağış fəsadlara səbəb olub.

İtaliya yanğınsöndürmə briqadasından verilən açıqlamada, Lombardiyanın Cantu kommunasında üzərində olduğu körpünün daşqın suları səbəbindən uçması nəticəsində Serenza çayına düşən 66 yaşlı kişinin cansız bədəninin tapıldığı bildirilib. 

Lombardiya qubernatoru Attilio Fontana bölgədəki vəziyyətin "çox mürəkkəb" olduğunu və bir çox ev və iş yerinin hələ də su altında qaldığını bildirib.

Qeyd edək ki, yanğınsöndürənlər və mülki müdafiə qüvvələri evlərində sıxışanlara kömək etmək üçün işlərini davam etdirir.

Nigar Hacılı 
"Cebhe.info"