İvanişvilini öldürmək istəyənlərin əli hansı ölkəyə uzanır?

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti hakim “Gürcü Arzusu”-Demokratik Gürcüstan Partiyasının təsisçisi Bidzina İvanişvilinin qətlinə hazırlıq, həmçinin dövlət çevrilişinə cəhdlə bağlı araşdırma aparır.
“Cebheinfo.az”-ın məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda belə deyilir. Qeyd edək ki, “İmedi” telekanalı Bidzina İvanişviliyə və hakim partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktı hazırlandığını bildirib. Məhkəmənin bir neçə gündür ki, bu iş üzrə insanları dindirdiyi xəbər verilir. Onların əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.
“Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanın keçmiş məmurları və təhlükəsizlik qüvvələrinin Ukraynada yerləşən nümayəndələri tərəfindən maliyyələşdirilən cinayətlərin hazırlanması faktlarını araşdırır . Bu cinayət əməllərinin məqsədi dövlət hakimiyyətini devirməkdir. Hazırda fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bir neçə nəfər şahid qismində dindirilib”, -rəsmi məlumatda belə qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”