Kamala Harris Trampın debatların tarixinə dair təklifi ilə razılaşmayıb

Kamala Harris Trampın debatların tarixinə dair təklifi ilə razılaşmayıb

ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harrisin Seçki Qərargahı Donald Trampı əldə olunan razılaşmaya riayət etməyə və növbəti debatları sentyabrın 10-da keçirməyə çağırıb.

APA-nın “ABC News”a istinadən xəbərinə görə, qurumdan bildirilib ki, Kamala Harris D. Trampın 4 sentyabr təklifi ilə razılaşmır.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.

"Cebheinfo.az"