ABŞ-nin müdafiə naziri məlum oldu

Pit Heqset ABŞ-nin növbəti müdafiə naziri olmaq üçün kifayət qədər səs toplaya bilib.
“Cebheinfo.az”-ın məlumatına görə, Prezident Trampın Pentaqon rəhbəri vəzifəsinə irəli sürdüyü namizəd Senatda minimal səs çoxluğu ilə prosessual səsvermədən keçib.
Onun mübahisəli namizədliyi demokratların və hətta bəzi respublikaçıların kəskin etirazına səbəb olmuşdu.
44 yaşlı Heqset son 10 ildə “Fox News”-un aparıcısı kimi çalışıb. Demokrat senatorlar onun namizədliyini sərt şəkildə tənqid edərək, Pentaqon rəhbəri postuna namizəd olan şəxsin komandanlıq təcrübəsi olmadığını vurğulayaraq, qadınların döyüş bölmələrində xidmətini tənqid ediblər.
Heqsetin adı həm də iddia edilən cinsi istismarla əlaqələndirilir və bəzi nəşrlər onun spirtli içkilərə qarşı həssas olduğunu yazır.
Pentaqonun rəhbəri vəzifəsinə namizəd bu ittihamları yalan adlandırıb. Eyni zamanda, özünün ideal insan olmağını deyən Heqset bu vəzifəyə ənənəvi namizəd olmadığı fikri ilə razılaşıb.
Keçmiş “Fox News” aparıcısı və veteran olan Heqset Pentaqonda böyük dəyişikliklər vəd edir.
Lakin onun ixtisası, xarakteri və döyüşlərdə qadınlara baxışları ilə bağlı ciddi suallar yaranıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”