Kiyevə gecə hücumu : 3 ölü

Kiyevə gecə hücumu : 3 ölü

Ukrayna Rusiyanın pilotsuz təyyarəsinin gecə Kiyevə hücum etdiyini bildirib.

“Cebehinfo.az” Ukrayna Milli Polisinin teleqram kanalına istinadən xəbər verir ki, 3 nəfər ölüb. Onların arasında 5 yaşlı uşaq da var. Çox sayda yaralı var.

Hüquq-mühafizə orqanları bildiriblər ki, Ukrayna paytaxtının bir sıra ərazilərində pilotsuz uçan aparatların dağıntıları qeydə alınıb.

Xüsusilə Dneprovski rayonunda rus pilotsuz təyyarələrinin fraqmentləri bir evə dəyib və qeyri-yaşayış sahəsinə düşüb.Goloseevski rayonunda dağıntılar sənaye zonasının ərazisinə düşüb.

Podolsk vilayətində çoxmərtəbəli bina düşmənin pilotsuz uçan aparatının dağıntıları nəticəsində zədələnib.

Şevçenkivski rayonunda vətəndaşların avtomobilləri dağıntılar altında qalıb.

Xəzər
“Cebheinfo.az”