Kiyevə Rusiya ərazisini vurmağa icazə verilib?
Böyük Britaniya Ukraynaya ABŞ-nin razılığı olmadan Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, London müstəqil hərəkət etmək niyyətində deyil.
Çünki hədəflərə vurulan zərbələrin dəqiqliyinin təmin edilməsində Amerikanın tuşlama sistemləri əsas rol oynayır.
Buna baxmayaraq, Britaniya rəsmiləri hesab edir ki, Birləşmiş Ştatlar sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında bu raketlərin istifadəsinə “yaşıl işıq” yandıracaq.
Lakin Prezident Co Baydenin administrasiyası daxilində “Storm Shadow”ların istifadəsi ilə bağlı fikior ayırılığı yaramübahisələr olub.
Mənbələrin məlumatına görə, Dövlət katibi Entoni Blinkenlə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında ziddiyyət yaranıb.
Qeyd edək ki, sentyabrın 16-da ABŞ Dövlət katibinin sözçüsü Metyu Miller Baydenin Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşünün nəticələrinə dair açıqlama verib.
O, Rusiya hədəflərinə hücumlar üçün Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri hələ də qaldırmağa ABŞ-nin hazır olmadığını bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”