Kolumbiya Fələstində səfirlik açır

Kolumbiya Fələstində səfirlik açır

Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər elan etdiyi kimi ölkəsinin Ramallahda səfirliyinin açılması barədə göstəriş verib.

"Cebhe.info" xəbər verir ki, xarici işlər naziri Gilberto Murillo Kolumbiyanın Ramallah səfirliyinin açılması üçün prosesin başladığını deyib.

İki dövlətli həll üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Oslo razılaşmalarını xatırladan Murillo daha çox ölkənin Fələstini tanıyacağına əmin olduğunu bildirib: 

“Bu, İsrailə qarşı verilmiş qərar deyil”.

Murillo Kolumbiyanın Ramallahdakı səfirliyinin nə vaxt açılacağı ilə bağlı dəqiq bir tarix açıqlamayıb.

Qeyd edək ki, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin bitməsinə 4 gün qalmış - 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.

Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"