Kreml Qırğızıstandakı vəziyyəti şərh edib 

Kreml Qırğızıstandakı vəziyyəti şərh edib 

"Moskvanın Qırğızıstanda dövlət çevrilişinin uğursuzluğa düçar olması ilə bağlı hələ ətraflı məlumatı yoxdur".

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçünün sözlərinə görə, hələlik bununla bağlı danılmaz narahatedici xəbərlər var.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşlarının gözlənilən dövlət çevrilişinə cəhdlə bağlı kütləvi həbslər həyata keçirdiyi barədə məlumat yayılmışdı.

Dəqiq kimin saxlanıldığı məlum olmasa da, "24.kg" nəşrinin mənbələrinin məlumatına görə, bir qrup şəxs hazırkı hakimiyyəti zorla devirməyə hazırlaşırmış.

Əlavə edək ki, bundan əvvəl Qırğızıstan parlamentinin deputatı Nadirə Nərmətova gənc qızları və orduda xidmət etməyən kişiləri ölkədən buraxmamağı təklif etmişdi, eyni zamanda Qırğızıstan parlamenti isə məmurların dövlət (qırğız) dilini mütləq bilməsini tələb edən qanun qəbul etdiyini bildirmişdi.

Sevinc Tapdıqqızı
Cebhe.info