KTMT baş katibi Qarabağdakı gərginlikdən DANIŞDI

KTMT baş katibi Qarabağdakı gərginlikdən DANIŞDI

"NATO-nun Qara dəniz regionunda, Baltikyanı ölkələrdə, eləcə də Polşada hərbi potensialının artırılması misilsizdir".

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"İllərlə davam edən ziddiyyətlər nəticəsində Ermənistan və Azərbaycan arasında Qafqaz regionunda gərginlik davam edir. Ermənistan-Azərbaycan sərhədində və Qarabağ zonasında sabitlik ciddi şəkildə pozulur. Qərb ölkələri sistematik olaraq Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi infrastruktur qurmağa davam edir. Qərb ölkələri Ukraynada vəziyyətin daha da gərginləşməsinə yönəlmiş xətti davam etdirir", - deyə o bildirib.

"Qərb silahlarının Kiyevə çatdırılması Ukrayna böhranının danışıqlar yolu ilə həlli perspektivlərini praktiki olaraq puç edir. Əfqanıstandan terrorçu qrupların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin ərazisinə nüfuz etmə təhlükəsi artır", - deyə Tasmaqambetov söyləyib.

Cebhe.info