Armen Qriqoryan: "KTMT Ermənistana problem yaradır"

Armen Qriqoryan: "KTMT Ermənistana problem yaradır"

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı müəyyən problemlər yaradır, lakin müxtəlif ölkələrlə əməkdaşlıq imkanlarını məhdudlaşdırmır”.

Cebhe.info xəbər veir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

A. Qriqoryan İrəvanın Qərb ölkələrindən biri ilə apardığı son danışıqları və Ermənistana qeyri-hərbi formada dəstək məsələsinin müzakirə edildiyini xatırladıb:

“Əvvəlcə biz məsələni müzakirə edəndə dedilər ki, Ermənistan KTMT-nin üzvüdür, lakin işçi qrup gələndə və bizim müzakirələrimiz zamanı bir çox məsələlərdə onların Ermənistana münasibəti dəyişdi”.

O, həmçinin əlavə edib ki, İrəvan bir çox ölkələrlə silah alışı məsələsini müzakirə edir. Onun sözlərinə görə, bəzi danışıqlar çərçivəsində artıq nəticələr var:

“Digərləri ilə danışqlar davam edir”.

2022-ci ilin payızında Ermənistan KTMT-dən ona hərbi yardım göstərməyi xahiş edib. Təşkilat vəziyyətin hərbi üsullarla həllinə qarşı çıxıb.

2023-cü ilin əvvəlində Ermənistan KTMT-nin təlimlərini öz ərazisində keçirməkdən imtina edib. Mayda isə Paşinyan ölkənin təşkilatdan çıxa biləcəyini istisna etməyib.

Xəzər
Cebhe.info