Kubada 18 məhbus azad edilib

Kubada 18 məhbus azad edilib

ABŞ-nin “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxarmaq qərarına gəldiyi Kubada siyasi məhbuslar azadlığa buraxılır.

"Cebheinfo.az" xəbər verir ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri olan “Kuba İnsan Haqları Müşahidə Qrupu” 18 nəfərin sərbəst buraxıldığını təsdiqləyib.

Xatırladaq ki, ABŞ-dəki səlahiyyət müddəti bitmək üzrə olan Prezident Co Baydenin çərşənbə axşamı verdiyi bəyanatdan bir neçə saat sonra Kuba Xarici İşlər Nazirliyi 553 məhkumun "tədricən" azad ediləcəyini açıqlayıb. Sözügedən məhbusların çoxu 2021-ci ildə Kubada hökumət əleyhinə nümayişlər zamanı həbs edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"