Zelenskidən çağırış: "Liderlər fevralın 24-ü Kiyevdə toplaşsın"

Zelenskidən çağırış: "Liderlər fevralın 24-ü Kiyevdə toplaşsın"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə sammit keçirməyi təklif edib.

Bu barədə o, Münxen Təhlükəsizlik Konfransında çıxış edib.

“Biz artıq çalışırıq ki, fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevdə və onlayn şəkildə bir araya toplaşaq. Bütün Avropa liderləri. Təhlükəsizliyimizi qoruyan bütün əsas tərəfdaşlar - İspaniyadan Finlandiyaya. Böyük Britaniyadan Polşaya. Vaşinqtondan Tokioya”, - Zelenski deyib.

"Cebheinfo.az"