Litva və Polşa hərbi əməkdaşlığı müzakirə ediblər

Litva və Polşa hərbi əməkdaşlığı müzakirə ediblər

Litva və Polşa hərbi əməkdaşlıq sahəsində daha sıx əməkdaşlıq haqqında danışıqlar aparır.

Cebhe.info "Evropeyskaya pravda"-ya istinadla xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda yerli telekanallardan birində danışıb.

Nausedanın sözlərinə görə, Polşa Prezidenti Anjey Duda ona Litva üçün hərbi əməkdaşlığı gücləndirmək üçün çox maraqlı təkliflə zəng edib.

"Hərbi və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıqdan danışırıq. Hansı formada və necə, hələ bunu müzakirə etməliyik. Bu barədə hələlik çox danışa bilmərəm, çünki bizim imkanlarımızı da qiymətləndirmək lazımdır", - Litva Prezidenti deyib.

O qeyd edib ki, bu, müxtəlif əməkdaşlıq modelləri ola bilər - rotasiyalı və ya daimi: "Mən buna çox sevinərdim, çünki biz Polşa ilə münasibətlərdə çox yaxşı dinamikaya nail olmuşuq. Müdafiə və təhlükəsizlik sahəsində, xüsusən də indiki şəraitdə bu gözəl inkişafdan yararlanmaq həqiqətən də düşüncəli olardı", - deyə Nauseda əlavə edib.

Onun fikrincə, Polşanın Litvada hərbi mövcudluğu dövlətin strateji məqsədlərindən birinə çevrilə bilər.

Sevinc Tapdıqqızı
Cebhe.info