Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər

Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər

Qəzza zolağına səfər etməyi planlaşdıran Fələstin lideri Mahmud Abbas Misir ərazisindən anklava gedə bilər.

Bu barədə "Ynet" portalı Fələstin Milli Administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas - red.) Rəfah nəzarət-keçid məntəqəsinin Misir hissəsindən Qəzza zolağına daxil olmasına icazə verməyə hazırdır.

Xatırladaq ki, M.Abbas avqustun 15-də Türkiyə parlamentinin növbədənkənar iclasında çıxışı zamanı Qəzzaya səfər etmək niyyətini açıqlamışdı.

"Cebheinfo.az"