Makron müxalifət liderini həbs etdirir

Makron müxalifət liderini həbs etdirir

Paris prokurorluğu Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Mari Le Penə Avropa İttifaqının vəsaitlərini mənimsəmə işi ilə bağlı 3 ili şərti olmaqla, 5 il həbs cəzası və 300 min avro cərimə tələb edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, ittiham tərəfi siyasətçinin 5 il müddətinə dövlət orqanlarına seçilmək hüququndan məhrum edilməsini də istəyib. Bu işdə Le Pendən başqa Milli Birlik Partiyasının 20 üzvü də var. Prokurorluq onlara da həbs cəzası istəyib. 

Məhkəmədə ittiham elan olunsa, Le Pen seçkilərdə iştirak edə bilməyəcək. O, bundan əvvəl 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirmişdi. Buna cavab olaraq müxalifət lideri prokurorluğun bu yolla Fransa xalqının seçim hüququnu məhdudlaşdırmaq istədiyini bildirib. Le Pen və onun komanda yoldaşlarına qarşı məhkəmə dinləmələri sentyabr ayında Parisdə başlayıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Milli Birlik üçün pul mənimsəmək məqsədilə Avropa Parlamentində köməkçilər tutublar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”