Malidə qəzaya uğrayan təyyarə “Vaqner”çiləri daşıyırmış

Malidə qəzaya uğrayan təyyarə “Vaqner”çiləri daşıyırmış

Sentyabrın 23-də Malidə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus “İL-76” hərbi-nəqliyyat təyyarəsi eniş zamanı əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb.

Bu barədə Cebhe.info xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, Mali və "Vaqner" əsgərlərini daşıyan təyyarədə 140 nəfər həyatını itirib.

Hadisə anının görüntüləri isə sentyabrın 27-də yayımlanıb.

Kadrlarda enişdən sonra hərəkətini davam etdirən təyyarə uçuş-enmə zolağında qalan uzunluqda dayana bilməyib və dairəvi yolu keçərək bənddən düşüb.
Qəzadan sonra alovlanan təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilib.

Qəzanın təyyarənin yanacaq çənindəki nasazlığın səbəb ola biləcəyi bildirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Malidəki Qao hava limanından Mali əsgərləri, "Vaqner" muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir.

Məlumata görə, təyyarə əvvəllər "Vaqner"ə məxsus olub və qəzadan təxminən bir həftə əvvəl Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Nigar Hacılı
Cebhe.info