Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

Fransanın müstəmləkəsi olan Martinikdə insanlar hökumətin əlavə polis göndərməsinə etiraz olaraq hava limanında nümayiş keçiriblər.
“Cebheinfo.az” xəbər verir ki, yaşayış meyarının bahalaşmasına qarşı başlanmış aksiyalar davam edir.
Fransanın Martinik koloniyasının əhalisi sentyabr ayından bəri adada yaşayışın baha olmasına etiraz edir.
İnsanlar Paris hökumətinin etirazları yatırtmaq üçün adaya əlavə olaraq yüzlərlə polis göndərməsinə görə hava limanının uçuş-enmə zolağında nümayiş keçirib.
Adadakı etirazları yatırmaq üçün 300 Fransız polisinin təyyarə ilə göndəriləcəyini eşidən nümayişçilər “Fort-de-France” hava limanında etiraz aksiyası keçiriblər.
Nümayişçilər hava limanında uçuş-enmə zolağına çıxaraq, sözügedən polisləri daşıdığını düşündükləri təyyarələrin enməsinə mane olublar. Fəallarla polis arasında qarşıdurma baş verdiyindən hava limanı bağlanıb.
“Fort-de-France” hava limanına enməsi gözlənilən 3 təyyarənin marşrutu dəyişdirilərək Fransanın digər koloniyası olan Qvadelupaya istiqamətləndirilib.
Martinik Qubernatorluğunun sosial media hesabından verilən açıqlamada adaya yüzlərlə əlavə polisin göndəriləcəyi barədə məlumatın əsassız olduğu və bunun sadəcə sosial mediada yayılan söz-söhbət olduğu iddia edilib. Qubernatorluq adada sülhün bərpa olunmasını xahiş edib.
Fransanın Martinik koloniyasında, yaşayış əleyhinə nümayişlər zamanı polisin açdığı atəş bir fəalın həyatına son qoyub.
Qeyd edək ki, Fransanın Karib dənizindəki müstəmləkəsi olan Martinik təxminən 6800 kilometr məsafədə yerləşir.
XVII-ci əsrdə fransızların himayəsində olan Martinikdə insanlar sentyabrın əvvəlindən supermarketlər qarşısında yüksək yaşayış bahalığına və ərzaq qiymətlərinin kəskin artmasına qarşı nümayişlər keçirir.
Qida qiymətlərinin materik Fransa ilə müqayisədə 40 faiz baha olduğu Martinikdə nümayişlər zamanı indiyədək 30-dan çox adam saxlanılıb.
Nümayişlər başlayandan sonra Paris hökuməti Fransa Milli Polisinin Respublika Təhlükəsizlik Korpusunu Martinikə göndərib.
Martinik Qubernatorluğu oktyabrın 14-dək adada nümayişləri qadağan edib və gecə saat 21:00-05:00 arasında komendant saatı elan edib.
Anti-Fransa aksiyaları Mərkəzi Afrika Respublikası, Burkina Faso, Mali, Niger və Yeni Kaledoniyada da keçirilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”