Maşın “apteçka”sının içindəkilər dəyişdi
Rusiyada sentyabrın 1-dən avtomobil sürücüləri üçün Səhiyyə Nazirliyinin ilk yardım dəstinin tərkibi ilə bağlı dəyişiklikləri qüvvəyə minəcək.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Delomant Group” hüquq firmasının təsisçisi Taisiya Veprentseva deyib. Onun sözlərinə görə, indi bura tibbi maskalar və əlcəklər, ürək-ağciyər reanimasiyası üçün birdəfəlik maska, turniket, sarğı, yapışan gips, xilasedici yorğan, qayçı daxildir.
Eyni zamanda, o xatırladıb ki, 2023-cü ilin sentyabrında avtomobillərdəki ilk yardım dəstləri və yanğınsöndürənlər texniki baxışdan keçmək üçün məcburi siyahıdan çıxarılıb.
Rusiya Səhiyyə Nazirliyi 2024-cü ilin may ayında avtomobilin ilk yardım dəstinin konfiqurasiyasına dair tələbləri yeniləyib.
Xəzər
“Cebheinfo.az”