Mask Baydenə səs verib-verməyəcəyini açıqladı

İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti seçkidə ABŞ Prezidenti Co Baydenə səs verməyəcək. Cebhe.info xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinin konfransında bildirib.
"Mən Baydenə səs verəcəyimi düşünmürəm",- deyə o qeyd edib.
Eyni zamanda, Mask Amerikanın keçmiş lideri Donald Trampı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib. İş adamı bunu “çətin seçim” adlandırıb.
Əvvəllər o, adi düşüncəli adamın ABŞ prezidenti olmasının lazımlığını demişdi. Eyni zamanda, Mask 2020-ci ildə Baydenə səs verdiyini etiraf edib.
Xəzər
Cebhe.info