Mask ona hər ay 45 milyon dollar verəcək

Amerikalı milyarder İlon Mask prezidentlik kampaniyası çərçivəsində ABŞ-nin keçmiş lideri Donald Trampı dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırır.
“Cebhe.info” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb. İyun ayında yaradılan Amerika PAC adlı komitənin məqsədi seçiciləri qeydiyyata almaq, onları erkən səs verməyə inandırmaq və dalğalanan ştatlarda poçtla bülleten tələb etməkdir.
İşin görülməsi üçün komitənin yüzlərlə insanı işə götürdüyü qeyd edilir. “Palantir Technologies”, əkiz qardaşlar Tayler və Cameron Vinklevoss, ABŞ-nin Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun əri, “Alliance Resource Partners” kömür mədən şirkətinin baş direktoru Co Kraft da sponsorlar kimi çıxış edirlər.
Xəzər
“Cebhe.info”