Maskin Trampla müsahibəsinə kiberhücum

Maskin Trampla müsahibəsinə kiberhücum

Amerikalı milyarder İlon Maskın ABŞ prezidentliyinə namizəd Donald Trampla müsahibəsi 40 dəqiqə gec başlayıb.

“Cebheinfo.az” Amerika mətbuatına istinadən xəbər verir ki, Mask “X”-in kütləvi DDOS hücumuna məruz qaldığını bildrib.

DDOS hücumları istifadəni çətinləşdirmək və ya əlçatmaz etmək üçün veb-saytı həddindən artıq yükləmə cəhdləridir.

"Biz onu bağlamaq üzərində işləyirik",- deyə Mask vurğulayıb: 

"Ən pis halda, biz daha az canlı dinləyici ilə davam edəcəyik və söhbəti daha sonra yayacağıq".

Xəzər
“Cebheinfo.az”