Məhbuslar etiraz aksiyası keçirib

İranın Urmiya şəhərinin zindanında saxlanılan qadın məhbuslar etiraz aksiyası keçiriblər.
"Cebhe.info" "Hengaw" insan haqları təşkilatına istinadən xəbər verir ki, mayın 16-da Urmiya şəhərinin mərkəzi həbsxanasında qadın məhbusların saxlanıldığı bölmədə etiraz aksiyası baş tutub.
Məlumata görə, qadınların etiraza qalxmasına səbəb 50 yaşlı Pərvin Musəvi adlı məhkumun edam öncəsi hazırlıq üçün təkadamlıq kameraya köçürülməsi olub.
Bildirilib ki, Marağa şəhərindən olan və uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən güneyli məhkum beş il əvvəl həyat yoldaşı ilə birlikdə narkotik ittihamına görə həbs edilib.
Yunis Abdullayev
"Cebhe.info"