Meksika Prezidenti Ekvadorun BMT-dən çıxarılmasını tələb etdi

Meksika Prezidenti Ekvadorun BMT-dən çıxarılmasını tələb etdi

Meksika Prezidenti Andres Manuel Lopez Obrador, Quito səfirliyinə basqın səbəbindən Meksikanın Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxarılmasını tələb edib.

"Cebhe.info" xəbər verir ki, Obrador səfirliyə basqın səbəbiylə fövqəladə şəkildə toplanan Latın Amerikası və Karib Dövlətləri Birliyinin (CELAC) zirvə toplantısına videokonfrans vasitəsilə qatılıb.

Ölkəsinə göstərilən dəstəyə təşəkkür edən Obrador, "Latın Amerikası və Karib hövzəsi xalqlarının hökumətlərinin də göstərdiyi həmrəyliyi yüksək qiymətləndiririk. Bunun uyğun və mümkün olduğunu düşünürsünüzsə, Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) etdiyimiz şikayət müqaviləsini imzalayaraq bizə qoşulmağınızı tövsiyə edirik” deyib.

Ekvador polisinin ölkəsinin Quito səfirliyinə basqını xatırladan Obrador, "Meksikanın diplomatik qərargahına təzyiqlərin təkrarlanmamasını və rəsmi üzr istənilməsini şərtləndiririk. Bunlar edilməzsə, Ekvadorun BMT-dən çıxarılsın üçün rəsmi şikayət edəcəyik” deyib.

Ekvadorun Meksikanın suverenliyini açıq şəkildə pozduğunu vurğulayan Obrador, səfirliklərinə basqın hadisəsinin "son dərəcə" ciddi olduğunu bildirib.

Nigar Hacılı 
"Cebhe.info"