“Mən dünyanın prezidentiyəm”- Trampın Xameneyiyə nə yazdığı məlum oldu

“Mən dünyanın prezidentiyəm”- Trampın Xameneyiyə nə yazdığı məlum oldu

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof jurnalist Taker Karlsona müsahibəsində Donald Trampın İrana məktubunun təxmini məzmunu ilə bağlı danışıb. 

“Cebheinfo.az”-ın məlumatıına görə, Uitkof Trampın məktubu zəif olduğu üçün deyil, hərbi yolla təsir etmək istəmədiyi üçün yazdığını deyib. “Orada təxminən belə deyilirdi: 

“Mən dünyanın prezidentiyəm. Mən belə istəyirəm. Bizim hərbi təsir göstərmək üçün heç bir səbəbimiz yoxdur. Danışmalıyıq. Biz anlaşılmazlıqları aradan qaldırmalıyıq. Biz kimsənin sizin nüvə materialınızın silah kimi istifadə olunmasından narahat olmaması üçün yoxlama proqramı yaratmalıyıq. Mən istərdim ki, belə olsun. Çünki alternativ heç də yaxşı deyil. Bu, təxminən deyilən kimidir”. 

ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, İranla fikir ayrılıqları diplomatik yollarla həll edilə bilər. “Düşünürəm ki, bu, həqiqətən də diplomatik yolla həll oluna bilər. Ona görə yox ki, mən İranda kimsə ilə danışmışam, sadəcə ona görə ki, məntiqi baxımdan, bunu diplomatik yolla həll etmək daha ağıllıdır. Belə də olmalıdır. Hesab edirəm ki,  İran dünyaya qayıtdıqda, sanksiyalardan azad olan və öz iqtisadiyyatını inkişaf etdirə bilən böyük bir ölkəyə çevrildikdə prezident onunla hər şeyi yoluna qoymaq imkanına açıq olduğunu etiraf edib. 

Onların iqtisadiyyatı bir vaxtlar böyük idi. Onlar indi boğulur. Bu gün onları boğurlar. Buna ehtiyac yoxdur. Onlar hüquqi dövlətlərə qoşula bilərlər, biz daha yaxşı əlaqələr qura və inkişaf etdirə bilərik. Onun təmsil etdiyi alternativ budur. Hesab edirəm ki, o, İranla hörmətlə razılaşmaq istəyir. Əgər bu mümkünsə, onlarla etibarlı münasibət qurmaq istəyir. Onun öz adminstrasiyasına göstərişi belədir. Ümid edirəm ki, iranlılar bunu müsbət qarşılayacaqlar. Mən, əlbəttə ki, ümid edirəm”- deyə Uitkof bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”