Meral Akşener CHP-nin yeni sədri ilə görüşəcək

Meral Akşener CHP-nin yeni sədri ilə görüşəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl bələdiyyə seçkiləri öncəsi yeni ittifaq qurmağa çalışır.

Cebhe.info xəbər verir ki, siyasətçi İYİ Partiyanın sədri Meral Akşener ilə görüşəcək.

Tərəflər sabah yerli vaxtla saat 10:30-da İYİ Partiyanın qərargahında bir araya gələcəklər. Əsas müzakirə mövzusu başda Ankara və İstanbul olmaqla, bələdiyyə seçkilərində işbirliyi etmək olacaq.

Meral Akşener də görüşlə bağlı açıqlama verib:

“Özgür Özəl görüşmək istədiyini dedi, mən də qəbul etdim”.

Elmir Mustafa
Cebhe.info