Məşhur rejissor xəstəxanalıq oldu

Məşhur rejissor xəstəxanalıq oldu

Məşhur rusiyalı rejissor, aktyor, teleaparıcı Nikita Mixalkov bu il ikinci dəfə Moskvada xəstəxanaya yerləşdirilib.

Cebhe.info xəbər verir ki, bu barədə bu gün "112" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, 77 yaşlı kinorejissor ürək ritminin kəskin pozulması səbəbilə Moskva xəstəxanalarından birində cərrahi müalicə şöbəsindədir.

Bildirilib ki, o, xəstəxanaya tənfinəfəslik və ürəkdə ağrılar şikayətlərilə daxil olub.

Xatırladaq ki, bundan əvvəl, yanvarın 5-dən 24-dək Mixalkov xəstəxanada yataraq müalicə almışdı. Həmin vaxt onun COVID-19-a yoluxduğu deyilirdi.

Əlavə edək ki, Mixalkov yaradıcılığı boyunca "Nika", "Qızıl şir", "Oskar","Kinotavr" və sairə mükafatlara layiq görülüb.

Sevinc Tapdıqqızı
Cebhe.info