“Microsoft” həyəcan təbili çalır: “Hakerlər...”

“İran İslam Respublikası, Çin və Rusiya hakerləri aqressivləşib və hücum sürətlərini daha da artırıblar”.
"Cebhe.info" xəbər verir ki, bunu “Microsoft”-un baş direktoru Bred İsmit deyib.
Bred Smit ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin iclasında etdiyi çıxışında İran hökumətinə bağlı haker qruplarının təhdidləri barədə xəbərdarlıq edib.
“Biz İran İslam Respublikası, Çin, Rusiya və Şimali Koreyada güclü düşmənlərlə qarşılaşırıq, onlar irəliləyir, daha aqressivləşir və öz hücumlarını böyük sürətlə həyata keçirirlər”, - "Microsoft"un baş direktoru bildirib.
Yunis Abdullayev
"Cebhe.info"