Milyarderlər seçkidən qorxur - SƏBƏB

Amerikalı milyarder İlon Mask iddia edib ki, bəzi tanınmış ABŞ milyarderləri, o cümlədən Bill Qeyts və Reid Hoffman Donald Trampın gələn ay keçiriləcək prezident seçkilərində qalib gəlməsindən qorxurlar.
"Cebheinfo.az" xəbər verir ki, Mask milyarderlərin cinsi zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi yaratdığına görə həbsdə ölən milyarder Ceffri Epşteyn və 120 nəfərin seksual fəaliyyətdə ittiham etdiyi "Diddy" ləqəbli reper Şon Kombs ilə əlaqələrindən qorxduğunu iddia edib.
Trampa dəstəyini açıqlayan Mask milyarderlərin bu səbəbdən prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini müdafiə edib:
"Düşünürəm ki, Kamalanın bu qədər dəstəyə sahib olmasının səbəblərindən biri də Trampın qalib gələcəyi təqdirdə Epşteynin müştərilərinin siyahısının açıqlanacağıdır”.
Mask Trampın seçkiləri uduzacağı təqdirdə həbs olunacağını iddia edib:
"Tramp uduzsa, bu, işin bitməsi deməkdir”.
Xatırladaq ki, ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismarda və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Cefri Epşteyn 2019-cu il avqustun 10-da öz kamerasında ölü tapılıb. Səlahiyyətlilər Epşteynin ölüm səbəbini intihar olaraq açıqlasa da, ailə üzvləri bunu təkzib edərək şübhələrini dilə gətiriblər.
Ləman İsmayıl
"Cebheinfo.az"