Minab şəhərində bir məhbus edam edilib

İranda yüksək rütbəli polis əməkdaşını öldürməkdə təqsirli bilinən məhbusun hökmü icra edilib.
Cebhe.info xəbər verir ki, bu barədə "Mizan" xəbər agentliyi məlumat yayıb.
Hörmüzqan vilayətinin Rudan rayonunda Narkotiklərlə Mübarizə Polisinin rəisi Səid Muridinin öldürüldüyü hadisəyə görə mühakimə olunan və ölüm cəzasına məhkum edilən şəxs Minab şəhərində edam edilib.
Xatırladaq ki, Rudan Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Səid Muridi aprelin 11-də narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı baş verən münaqişədə həyatını itirib.
Nigar Hacılı
Cebhe.info