Moldova Prezidenti Zelenski ilə görüşüb - YENİLƏNİB

Moldova Prezidenti Zelenski ilə görüşüb - YENİLƏNİB

Moldova Prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova Prezidenti paylaşımında bildirib.

***

12:20

Moldova Prezidenti Maya Sandu Kiyevə səfər edib.

Bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz təhlükəsizlik, enerji, infrastruktur, ticarət və Avropa İttifaqı yolunda qarşılıqlı dəstəyi müzakirə edəcəyik. Moldova etibarlı qonşu olaraq qalır”, - Moldova Prezidenti paylaşımında bildirib.

"Cebheinfo.az"