Moldovada raket qalıqları aşkarlandı

Moldovada raket qalıqları tapılıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirlib ki, raket qalıqlarının mənşəyi müəyyənləşdirilir. Qalıqlar Ukrayna ilə sərhəddən 30 kilometr aralıda, Xarbovets gölündə aşkar edilib. Polis göl ərazisinə girişi bağlayıb. Rusiyanın Ukrayna ərazisini kütləvi atəşə tutmağa başlamasından sonra Moldova ərazisində raket qalıqlarının aşkarlanması ilk dəfə deyil.
Moldova hakimiyyət orqanları azı 3 dəfə - 2022-ci ilin oktyabr və dekabrında, eləcə də 2023-cü ilin yanvarında raket qalıqlarının düşdüyünü bildirib. Bundan əlavə, 2022-ci ilin oktyabrında Moldova Xarici İşlər Nazirliyi Qara dənizdə Rusiya gəmilərindən buraxılan üç qanadlı raketin ölkənin hava məkanını pozduğunu bəyan edib.
Polşa və Rumıniyaya da raket və PUA parçaları düşüb.
Cebhe.info