Muğlada 71 qanunsuz mühacir xilas edilib

Muğlada 71 qanunsuz mühacir xilas edilib

Türkiyə Sahil Mühafizəsi Yunanıstanın itələdiyi 71 qanunsuz mühacir xilas edib.

"Cebhe.info" xəbər verir ki, Muğlanın Datça ilçesi sahillərində bir qrup mühacirin olduğu öyrənilib.

Türkiyə Sahil Mühafizəsi qrupları Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən geri itələnən 11-i uşaq olmaqla 71 qanunsuz müacir üçün səfərbər olub. Rezin qayıqlarda olan immiqrantlar qruplar tərəfindən son anda xilas edilib.

Mücahirlər sağlamlıqları yoxlanıldıqdan sonar İlçe Miqrasiya İdarəsi Müdirliyinə təhvil veriliblər.

Nigar Hacılı
"Cebhe.info"