Müharibə insan psixologiyasına necə təsir edir?

Müharibə insan psixologiyasına necə təsir edir?

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatda iştirak edən rus əsgərlərinin təxminən yüzdə 20-sinin ölkələrinə qayıtdıqdan sonra psixi pozğunluqlar yaşadığını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Belə ki, müdafiə nazirinin müavini Anna Tsivileva hərbi əməliyyatından qayıdan əsgərlərin təxminən 20 faizinin psixi sağlamlıq probleminin olduğunu bildirib.

Tsivileva hərbi əməliyyatda iştirak edənlərə dəstək verə biləcək psixoloqların sayının yetərli olmadığını da bildirib.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi hərbi əməliyyatda iştirak edənlərin 26 faizinin psixoloji yardım üçün müraciət etdiyini açıqlamışdı.

Nigar Hacılı 
"Cebhe.info"