Namizəd olmaq istəyənlər üçün son saatlar: Hansı səhvləri düzəltməlidirlər? - DETALLAR

Namizəd olmaq istəyənlər üçün son saatlar: Hansı səhvləri düzəltməlidirlər? - DETALLAR

Xəbər verdiyimiz kimi, Türkiye Yüksek Seçim Kurulu (YSK) seçicilər tərəfindən prezidentliyə namizədliyini irəli sürmək istənilən Murat Hakan Uzan, Cem Cengiz Uzan və Hürrem Ayazın ərizələrini “idarə heyətinə müraciət edilmədiyi” əsası ilə rədd edib.

Cebhe.info xəbər verir ki, mayın 14-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq istəyənlər üçün ərizə qəbulu başlayıb. YSK mayın 14-də keçiriləcək prezident seçkilərində və 28-ci parlament seçkilərində namizədliyini irəli sürmək istəyənlərdən imtina edilənlər və sənədlərinin əksik olması səbəbilə müraciətlər barədə qərar yayımlayıb. Bu qərarlara əsasən rədd qərarının detalları məlum olub.

Belə ki, Murat Hakan Uzan və Cem Cengiz Uzanın ərizələrini YSK-ya şəxsən təqdim etmədiyi müəyyən edilib. Murat Hakan Uzan və Cem Cengiz Uzanın ərizələrinin, müraciətlərinin şəxsən deyil, vəkil vasitəsilə edildiyi səbəbi ilə imtina edilib. Bundan əlavə, poçtla müraciət edən Hürrem Ayazın da eyni səbəbdən ərizəsinin qəbul edilməməsinə qərar verilib. İrfan Uzunun əmlak bəyannaməsi blankının əskik olduğu, Davut Turanın fotoşəkilinin yüksək keyfiyyətli elektron variantının olmadığı müəyyən edilib.Yenidən Rifah Partiyasının sədri Məhəmməd Əli Fatih Ərbakanın ali təhsil aldığını göstərən təsdiq edilmiş diplomun surətinin, 6 pasport ölçülü fotoşəkilin və fotoşəkilinin yüksək keyfiyyətli elektron versiyasının əskik olduğu müəyyən edilib. Türkiyə İttifaqının prezidentliyə namizədi Əhməd Özalın fotoşəklinin yüksək keyfiyyətli elektron formatda hazırlanmadığı və əmlak bəyannaməsi formasının olmadığı müəyyən edilib. Duran Güveninirin əmlak bəyannaməsi forması, müraciət üçün 555 min 980 TL ödənildiyini göstərən qəbz, 6 ədəd pasport ölçülü fotoşəkilinin yüksək keyfiyyətli elektron versiyasının, Erkan Trüktenin əmlak bəyannaməsi forması və fotoşəklinin yüksək keyfiyyətli elektron versiyasının, Handan Yalçıntaşın Əmlak bəyannaməsi forması, müraciət üçün 555 min 980 TL ödənildiyini göstərən qəbz, 6 pasport ölçülü fotoşəkil və fotoşəkilinin yüksək keyfiyyətli elektron versiyasını təqdim etmədiyi müəyyənləşdiririlib. Levent Akyollu isə müraciət üçün 555 min 980 lirə ödənildiyini bildirən qəbzi təqdim etməyib və əmlak bəyannaməsi formasını lazımi qaydada doldurmayıb. Selami Karagözün ali təhsilli olduğunu göstərən diplomun təsdiq edilmiş surəti, əmlak bəyannaməsi forması, müraciət üçün 555 min 980 lirə ödənildiyini göstərən qəbz, 2 ədəd pasport ölçülü fotoşəkil və yüksək keyfiyyətli elektron mediada hazırlanmış fotoşəkil yox idi. Sənədlərində çatışmazlıq olan namizədlər bu gün saat 17.00-dək həmin çatışmazlıqları tamamlamasalar, onların ərizələri qəbul edilməyəcək.

Nigar
Cebhe.info