NASA-nın kosmosa göndərdiyi raket partlayıb

ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketi kosmosda partlayıb.
"Cebhe.info" xəbər verir ki, texniki nasazlıq səbəbindən baş verən partlayış 2016-cı ildən bəri "Falcon 9" raketlərinin ilk qəzası kimi qeydə alınıb.
Bildirilib ki, buraxılışdan sonra ikinci pilləli raket mühərrikində alışma nasazlığı yaranıb. Kamera görüntülərindən görünür ki, raketin xarici gövdəsində külli miqdarda buz yığılıb.
Vasitədən ayrılan Starlink peykləri istənilən orbitə çata bilməyib.
Astronavtlarını kosmik stansiyaya aparmaq üçün "Falcon 9" raketlərindən istifadə edən NASA açıqlama verməkdən imtina edib.
Naibə
"Cebhe.info"