NATO Rusiya ilə müharibəyə hazırlaşır?

NATO Rusiya ilə müharibəyə hazırlaşır?

“NATO-nun “The Steadfast Defender 2024” hərbi təlimi alyansın Rusiya ilə mümkün müharibəyə ciddi hazırlaşdığını göstərir”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Onlar öz ssenariləri çərçivəsində Rusiyaya qarşı koalisiya tədbirləri həyata keçirirlər. Bura hibrid silahlar da daxil olmaqla bütün vasitələr səfərbər olunub. Bildirim ki, NATO Rusiya ilə müharibəyə ciddi hazırlaşır. Artıq alyansın nümayəndələri - NATO Hərbi Komitəsi prezidenti Rob Bauer və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı Kristofer Kavoli bu barədə açıq şəkildə danışırlar”, - deyə Mariya Zaxarova bildirib.

Nigar Hacılı 
"Cebhe.info"