Nazir Mansur Yavaşla görüşdü

Nazir Mansur Yavaşla görüşdü

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ankara Böyük Bələdiyyəsinin sədri Mansur Yavaşla görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, Kurum Yavaşı nazirlikdə qəbul edib.

Görüşün Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrinin tələbi ilə keçirildiyi açıqlanıb. Tərəflərin Ankaranın ətraf mühit və şəhərsalma məsələlərini müzakirə etdikləri deyilir.

Qeyd edək ki, Murat Kurum daha əvvəl də İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu qəbul etmişdi.

Elmir Mustafa
“Cebheinfo.az”