Nazir: "Türkiyə yerləşdiyi regionda sabitliyin qorunmasına çalışır"

Nazir: "Türkiyə yerləşdiyi regionda sabitliyin qorunmasına çalışır"

Türkiyə yerləşdiyi regionda sabitliyin qorunması üçün səylə çalışır.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Niğde şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, bəzi qüvvələr Türkiyənin güclənməsindən narahatdır: “Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum da bunu təsdiqlədi”.

Nazir qeyd edib ki, Türkiyə bütün sahələrdə imkanlarını artırmağa, güclənməyə davam edəcək.

"Cebheinfo.az"