Nəsrullahın ölümünə susan HƏMAS liderindən mesaj

Nəsrullahın ölümünə susan HƏMAS liderindən mesaj

Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun sükutdan sonra üzə çıxıb, rabitə yaradıb. 

“Cebhenfo.az” xəbər verir ki, bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.

Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki HƏMAS nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlarının çatdırıb. 

İsrail rəsmiləri isə bildiriblər ki, HƏMAS liderinin mesajları dəqiq nə vaxt göndərdiyi məlum deyil: 

“Onun mesajları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşaldılmasına işarə etmir”.

“Walla” yazır ki, Sinvar uzun fasilədən sonra Qətərlə təmaslarını bərpa edib. Son həftələrdə portalın təhlükəsizlik mənbələri HƏMAS liderinin “əlçatmaz” olduğunu bildirərək, “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullah Beyrutda qətlə yetirildikdən sonra belə onun heç bir mesaj göndərmədiyini qeyd edib. 

Xəzər
“Cebheinfo.az”