Netanyahu Ərdoğan haqqında bunları dedi: "Əvvəllər mənə 6 saatdan bir..."

Netanyahu Ərdoğan haqqında bunları dedi: "Əvvəllər mənə 6 saatdan bir..."

İsraildə yenidən iqtidara gələn Benyamin Netanyahu açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Cebhe.info xəbər verir ki, o, Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşmasından danışıb.

Netanyahu hesab edir ki, iki ölkə arasındakı "buzların əriməsinə" səbəb Türkiyədəki vəziyyətin çətinləşməsidir:

"Türkiyədəki vəziyyət çətinləşməyə başladıqca bizim əlaqələrimiz də düzəldi. Halbuki Rəcəb Tayyib Ərdoğan əvvəllər mənə 6 saatdan bir Hitler deyirdi".

O, artıq Ərdoğanla dost olduqlarını bildirib:

"Ərdoğanla hər keçən gün dostca danışıqlarımız olur. Buna görə xoşbəxtəm. Bunun önəmli olduğunu da düşünürəm. Təbii ki, yenə də Ərdoğanın hər etdiyini dəstəkləmirəm".

Elmir
Cebhe.info