Netanyahu partlayışlardan sonra ilk dəfə danışdı

Netanyahu partlayışlardan sonra ilk dəfə danışdı

“İsrail Livanla sərhəddə təhlükəsizliyi bərpa edəcək”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livanın Hizbullah üzvlərinin peycerlərinin partladılmasından sonra ölkə əhalisinə ilk müraciətində bildirib.

“Mən artıq demişəm ki, İsrail şimal sakinlərini təhlükəsiz şəkildə öz evlərinə qaytaracaq”, - İsrailin Baş naziri deyib.

Qeyd edək ki, sentyabrın 17-də Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində minlərlə insan yaralanıb. “Əl-Cəzirə” Livandakı təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, İsrail hərbçiləri Hizbullahın istifadə etdiyi peycerləri sındıraraq onların partlamasına səbəb olub.

"Cebheinfo.az"