Niinistö bildirib ki, Finlandiyanı ilk növbədə finlər müdafiə edəcək

Finlandiya prezidenti Sauli Niinistö NATO-ya daxil olduqdan sonra ölkənin müdafiəsini ilk növbədə finlərə həvalə edib.
APA xəbər verir ki, müvafiq bəyanat onun rəsmi saytında dərc olunan sərəncamda yer alıb.
“NATO-nun müdafiə alyansına qoşulmaq ölkəmizin tarixində yeni dövr açdı. Finlandiyanı bundan sonra da ilk növbədə finlər müdafiə edəcək, lakin biz bunu müttəfiqlərimizlə birlikdə edəcəyik. Finlandiyanın NATO-nun birgə çəkindirmə və müdafiəsinə ən mühüm töhfəsi öz ərazimizin müdafiəsi olacaq” - Prezident sərəncamda qeyd edib.
O, Finlandiyanın “eyni zamanda NATO-nun ümumi öhdəliklərinə görə məsuliyyət daşıdığını və alyansın inkişafında fəal iştirak etdiyini” vurğulayıb.
Niinistöyə görə, ölkə ordusu “gələcəkdə Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışır”.
Cebhe.info