Norveç Ukraynaya yardımı artıracaq
Norveç bu il Ukraynaya yardımını 7 milyard kron (633 milyon ABŞ dolları) artıraraq, ümumilikdə 22 milyard krona (təxminən 2 milyard ABŞ dolları) çatdıracaq.
Bunu Norveçin Baş naziri Yonas Qar Styore deyib.
Məlumata görə, bu məbləğ gələn ay təkrar gözdən keçirilmiş dövlət büdcəsinə daxil ediləcək.
"Cebhe.info"