Ordudan silahlar hara yoxa çıxır?

Ordudan silahlar hara yoxa çıxır?

Kolumbiya Prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib.

"Cebhe.info" xəbər verir ki, Prezident itirilmiş silah-sursatın statistikası hərbi bazalarda aparılan son yoxlamalar zamanı ortaya çıxdığını deyib.

O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərinə silah satdığını deyib.

Müdafiə naziri itən silahlarla bağlı araşdırmaların davam etdiyini bildirib.

İtirilmiş əşyaların müvafiq olaraq fevralın 12-də və aprelin 1-də iki hərbi bazaya (Tolemaida və La Quajira) qəfil səfərlər zamanı aşkar edildiyi açıqlanıb.

Tolemaida rəsmi qeydlərdə sadalanan 808 mindən çox güllə və 10 minə yaxın qumbara əksik çıxıb.

La Quajiradakı əksikliklərə isə təxminən 4,2 milyon güllə və 9,300-dən çox qumbara daxildir.

Petro bildirib ki, bazada iki “Spike” raketi, 37 “Nimrod” raketi və 550 reaktiv qumbaraatan əksikdir.

Nigar Hacılı 
"Cebhe.info"