Pakistan Futbol Federasiyası Rusiya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib

Pakistan Futbol Federasiyası Rusiya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib

Pakistan Futbol Federasiyası Rusiya tərəfinin yoldaşlıq oyunu təklifindən imtina edib.

Oxu.Az bu barədə "Geo TV"yə istinadən xəbər verib.

Rusiya tərəfi oyunu oktyabrın 11-də keçirməyi və qarşılaşmanın bütün xərclərini öz üzərinə götürməyi təklif edib.

Lakin Pakistan oyuna hazırlaşmaq üçün vaxtın az olduğunu əsas gətirərək oyundan imtina edib.

"Cebheinfo.az"