Pakistanda kamikadze hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb - YENİLƏNİB

Pakistanda kamikadze hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb - YENİLƏNİB

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Məlumata görə, terror aktı qurbanlarının əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olub.

Yaralıların sayı 200 nəfəri ötüb.

Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından insanların xilas edilməsi əməliyyatı başa çatıb.

11:30

Pakistanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışdan az sonra 200-dən çox zərərçəkən xəstəxanaya çatdırılıb, onlardan 100-ə yaxınının müalicəsi davam edir, qalanları isə evə buraxılıb.

Hayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

09:32

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Daha 150 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Partlayış zamanı məsciddə 500-ə qədər adamın olması istisna edilmir.

Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” təşkilatı öz üzərinə götürüb.

Cebhe.info