Parisdə atışma zamanı iki polis yaralanıb

Parisdə atışma zamanı iki polis yaralanıb

Fransanın paytaxtı Parisdə baş verən atışma nəticəsində iki polis yaralanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Bildirilir ki, Parisdə qadına kəsici-deşici alətlə hücum etdiyi üçün saxlanılan şəxs polis bölməsindən hüquq-mühafizə orqanlarının əməkdaşının tapançasını götürüb və onlardan ikisini yaralayıb.

Polislərdən biri ayağından, digəri qarın nahiyəsindən ağır yaralanıb.

Polisin açdığı atəş nəticəsində yaralanan təcavüzkar və vurulan 2 polis xəstəxanaya aparılıb.

Qeyd edilir ki, yaralanan polislərdən birinin vəziyyəti ağırdır.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Nigar Hacılı 
"Cebhe.info"