Paşinyan Almaniya səfiri ilə sülh müqaviləsini müzakirə etdi

Paşinyan Almaniya səfiri ilə sülh müqaviləsini müzakirə etdi

Ermənistan baş naziri Nikol Paşinyan diplomatik fəaliyyətini başa vuran Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Viktor Rixteri qəbul edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan və Almaniya arasında çoxsahəli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Ermənistan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi məsələsi qaldırılıb. Baş nazir bu baxımdan Almaniyanın mühüm rolunu vurğulayıb", - məlumatda deyilir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi ətrafında da fikir mübadiləsi aparılıb.

"Cebhe.info"